Citation(s) from the GunPolicy.org literature library
Azerbaijan. 1997 ‘Article 8. Acquisition of Service Weapon for Acquisition and Use for its Intended Purpose.’ Law on Civil and Service Arms [xidməti Və Mülki Silah Haqqında]; Article 8. Baki: Azerbaijan. 30 December
Relevant contents
Maddə 8. Xidməti silahın əldə edilməsi və təyinatı üzrə istifadə edilməsi üçün verilməsi
I. Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. İcazədə xidməti silahın növü, tipi, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Bu icazənin verilməsinə görə dövlət rüsumu tutulur. [7]
II. Dövlət orqanları və hüquqi şəxslər iki həftə ərzində əldə edilmiş xidməti silahı onun qanuniliyini sübut edən sənədlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir.
III. Xüsusi nizamnamə vəzifələri olan, habelə ov və balıq və digər su bioresurslarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti silah kimi yivli lüləli odlu ov silahının əldə edilməsinə xüsusi icazə və ondan xidməti vəzifələri yerinə yetirmək üçün istifadə etmə hüququnu təsdiq edən şəhadətnamə verilir. [8]
IV. Dövlət orqanının və hüquqi şəxsin rəhbərinin vəsatəti və ona əlavə olunmuş tibbi arayış əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilmiş əsaslar olmadıqda xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq keçmiş həmin dövlət orqanının və hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir.
V. Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Xüsusi icazənin etibarlılıq müddəti qurtardıqda o yeni üç il müddətinə uzadılır. Bu sənəd itdikdə xidməti silahın sahibinə onun dublikatı verilə bilər. [9]
VI. Xidməti silah dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslərə verilir.
VII. Bu Qanunun tələblərinə əsasən xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramını, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydasını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
[7] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 8-ci maddənin I hissəsinin dördüncü cümləsindən "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda" sözləri çıxarılmışdır.
[8] 18 dekabr 2015-ci il tarixli 53-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 20) ilə 8-ci maddənin III hissəsində "balıq ehtiyatlarının" sözləri "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilmişdir.
[9] 7 sentyabr 2004-cü il tarixli 732–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 762) ilə 8-ci maddəsinin I, III və V hissələrində "icazəsi" sözü müvafiq olaraq "xüsusi icazəsi" sözləri ilə əvəz edilmişdir.
++++
[Translation by GunPolicy.org]
Article 8. Acquisition of service weapon for acquisition and use for its intended purpose
I. Service weapons shall be obtained only by state bodies and legal entities with the permission of the relevant executive authority of the Republic of Azerbaijan. Legal entities with such a special permit may obtain firearms, ammunition and cold steel. The permit shall indicate the type, type, quantity, service date and validity period of the service weapon. There is a state fee for issuing this permit. [7]
II. State bodies and legal entities must register the service weapon obtained within two weeks in the relevant executive authority of the Azerbaijan Republic on the basis of documents proving its legality. The relevant executive authority of the Republic of Azerbaijan shall issue to state bodies and legal entities a certificate confirming the right to keep and use a registered service weapon for its intended purpose. This certificate is valid for three years.
III. To state bodies and legal entities with special statutory responsibilities, as well as hunting and fishing and other aquatic bioresources protection, to obtain a special permit for obtaining a shotgun as a service weapon and to perform official duties from it in accordance with the procedure established by the relevant executive authority of the Azerbaijan Republic a certificate confirming the right to use is issued. [8]
IV. At the request of the head of the state body and legal entity and the medical certificate attached to it, the relevant executive authority of the Azerbaijan Republic shall issues a certificate to the employee of the legal entity confirming the right to keep and use the service weapon for its intended purpose.
V. The validity of the certificate confirming the right to keep and carry a service weapon for its intended use is valid for three years. Upon expiration of the special permit, it is extended for a new three-year period. If this document is lost, a duplicate of the service weapon may be issued to the owner. [9]
VI. A service weapon shall be issued by a decision of the head of a state body or legal entity only to persons who have a certificate confirming the right to keep a service weapon and carry it for its intended use.
VII. In accordance with the requirements of this Law, the relevant program of the Republic of Azerbaijan determines the authority.
[7] Law of the Republic of Azerbaijan No. 643-IIQD of April 30, 2004 (Collection of Legislation of the Republic of Azerbaijan, 2004, № 7, Article 505) in the amount determined by ".
[8] Law of the Republic of Azerbaijan No. 53-VQD of December 18, 2015 ("Azerbaijan" newspaper, January 31, 2016, № 22, Collection of Legislation of the Republic of Azerbaijan, 2016, № 01, Article 20) In Part III of Article 8, the words "fish stocks" were replaced by the words "fish and other aquatic bioresources".
[9] Law of the Republic of Azerbaijan No. 732 – IIQD of September 7, 2004 (Collection of Legislation of the Republic of Azerbaijan, 2004, № 10, Article 762) has been replaced by the words "special permission".
Last accessed at:
http://www.e-qanun.az/framework/4601