Citation(s) from the GunPolicy.org literature library

Azerbaijan. 1997 ‘Article 7. Entities Entitled to Service and Civilian Weapons.’ Law on Civil and Service Arms [xidməti Və Mülki Silah Haqqında]; Article 7. Baki: Azerbaijan. 30 December

Relevant contents

Maddə 7. Xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlər

I. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında aşağıdakıların xidməti silah əldə etmək hüququ vardır:

1) xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslərin;

2) xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələrin (bundan sonra "təchiz edən müəssisələr" adlanacaq);

3) idman və ovçuluq cəmiyyətlərinin;

4) təhsil müəssisələrinin.

II. Bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra "vətəndaşlar" adlanacaq) mülki silah əldə etmək hüququ vardır.

III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi digər vəzifəli şəxslərə xidməti silah verilir. Onların öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ vardır.

IV. Aşağıdakı hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:

1) onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; [4]

2) haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin tibbi əks göstərişi olduqda; [5]

3) o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

4) onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində); [6]

5) polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

6) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

7) bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;

8) silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda.

V. Beş ildən az olmayaraq ovçular cəmiyyətinin üzvü olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.

VI. Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və ya mülki silahın əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi qaydalarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

[4] 29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 7-ci maddənin IV hissəsinin 1-ci bəndində "beş" sözü "yeddi" sözü ilə əvəz edilmişdir.

[5] 23 aprel 2021-ci il tarixli 302-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 542) ilə 7-ci maddəsinin IV hissəsinin 2-ci bəndində "səhiyyə orqanının" sözləri "tibb müəssisəsinin" sözləri ilə əvəz edilmişdir.

[6] 18 dekabr 2015-ci il tarixli 53-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 20) ilə 7-ci maddənin IV hissəsinin 4-cü bəndində "balıq ovu" sözləri "balıq və digər su bioresurslarının ovu" sözləri ilə əvəz edilmişdir.

++++

[Translation by GunPolicy.org]

Article 7. Entities entitled to service and civilian weapons

IV. It is prohibited for a citizen to acquire service or civilian weapons in the following cases:

1) he has more than seven firearms or sports weapons, except for collection items; [4]

2) if there is a medical contraindication of the relevant medical institution regarding alcoholism, drug addiction, mental illness, as well as visual impairment; [5]

3) if he has been convicted of serious crimes, as well as crimes committed with the use of weapons, ammunition or explosives;

4) for violation of the rules of hunting and fishing and other aquatic bioresources, rules of acquisition, storage and use of firearms or ammunition, public order and established management rules, as well as other offenses committed with the use of firearms or ammunition in case of application of administrative sanctions (within one year from the application of this administrative penalty); [6]

5) is on preventive and operational registration with the police;

6) if the incapacity or limited legal capacity is confirmed by a court decision that has entered into force;

7) living in the same apartment with the person provided for in sub-paragraphs 2-5 of this Article;

8) when it is established that he does not know the rules of safe handling of weapons.

[4] Law of the Republic of Azerbaijan No. 785-IIQD of October 29, 2004 (Collection of Legislation of the Republic of Azerbaijan, 2004, № 11, Article 902) replaced by the word "seven".

[5] Law of the Republic of Azerbaijan No. 302-VIQD of April 23, 2021 ("Azerbaijan" newspaper, June 13, 2021, № 122, Collection of Legislation of the Republic of Azerbaijan, 2021, № 6, Book I, Article 542) and in item 7 of part IV of Article 7 the words "health authority" were replaced with the words "medical institution".

[6] Law of the Republic of Azerbaijan No. 53-VQD of December 18, 2015 ("Azerbaijan" newspaper, January 31, 2016, № 22, Collection of Legislation of the Republic of Azerbaijan, 2016, № 01, Article 20) In Article 7, Part IV, Clause 4, the words "fishing" have been replaced with the words "fishing and other aquatic bioresources".

ID: Q15496

As many publishers change their links and archive their pages, the full-text version of this article may no longer be available from the original link. In this case, please go to the publisher's web site or use a search engine.

Array
(
    [type] => 8
    [message] => Trying to get property 'websource' of non-object
    [file] => /home/gpo/public_html/components/com_gpo/helpers/citation.php
    [line] => 153
)